"Hazırda xəstəxanalarda yer çatışmazlığı yoxdur" - TƏBİB

12:30 29.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Antivirus preparatları xəstəxanalarda müalicə olunan şəxslərə verilir.

Hafta.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda müalicə alan şəxslər hazırda müalicəsini davam etdirir: "Hazırda xəstəxanalarda kifayət qədər yerlər var və yer çatışmazlığı yoxdur. Simptomlu xəstələr aşkarlanarsa, həmin şəxslər xəstəxanalara yerləşdirilir və müalicələri dövlət hesabına həyata keçirilir".

Sosial rubrikasından digər xəbərlər